Bir həftəyə 65 milyon dollar qazandı - FOTOLAR

Bir həftəyə 65 milyon dollar qazandı - FOTOLAR
12:33 5 Oktyabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

25 sentyabrdan etibarən bütün dünyada Tim Bertonun “Miss Pereqrenin qəribə uşaqlarının evi” adlı filminin nümayişinə başlanılıb.

Publika.az xəbər verir ki, film bir həftə ərzində 65 milyon dollar gəlir əldə edib. İnsanlar müəllif və rejissorun ideal tandeminə sanki pulla səs verirlər. Bu, son dövrlərdə ən çox səs-küy yaradan mistik və sirli filmlərdən birinə çevrilib.

İnsanları bu kinoya bağlayan əlbəttə ki, filmin mövzusudur. Elə isə bu barədə bir az danışaq:

Ceykob Portman adında oğlan (aktyor Eysa Batterfild) gecələr nağıl dinləmək əvəzinə babasının qeyri-adi bacarıqlı uşaqların yaşadığı sığınacaq haqqında söhbətlərinə qulaq asardı. Rensom Riqqzanın “Qəribə uşaqlar” adlı mistik bestsellerin süjetinə əsasən, bu qala gözdən qıraq və zamanın hakim olmadığı bir yerdə yerləşir. Görülən odur ki, Ceykobun babası da nə vaxtsa orada tərbiyəçilərdən biri olub. Buna səbəb isə onun qeyri-adi bacarıqlarının olması və qəribə ölümüdür. Böyümüş Ceykob təsadüf nəticəsində miss Pereqrinin (aktrisa Yeva Qrin) sığınacağına düşür və oranın sakinləri ilə tanış olur. Orada o uçmağı bacaran və odla məharətlə hərəkət edən Elli (aktrisa Ella Blum) adlı qızın ən yaxın dostuna çevrilir. Oğlan gördüklərinin təəccübünü hələ üzərindən atmamış bunların başlanğıc olduğunu anlayır. Onun yeni dostu Kemeron Kinq görünməz ola, Corciya Pemberton susaraq bitkiləri böyüdə bilir, Maylo Parker isə qarnında yaşayan arıları idarə edir.

Mis Pereqrinin sözlərinə görə, qeyri-adi bacarığa sahib olan uşaqlar daima təhlükə altındadır. Onları pis qüvvələr narahat edir və ancaq Djeykob qəribə uşaqları ölümdən xilas edə bilər.

Daha öncə Rensom Riqqzanın kitabını oxuyan şəxslər onun məhz Tim Berton üçün yazıldığını deyir. “Çarli və onun şokoladlı fabriki” “Alisa möcüzələr diyarında” kimi filmlərin rejissoru olan Berton mistik nağılları ekranlaşdırmaq üzrə dahidir.

Ona görə “Mis Pereqrinin qəribə uşaqlar evi” filminin əvvəlcədən uğur qazanacağı bilinirdi. Tim Berton ideal aktyor seçimi ilə möcüzəli atmosfer yaradaraq kitabın süjet xəttinin hər xırdalığını belə üzə çıxarmağı bacarıb. Ən yaxşı tərəfi isə odur ki, filmin davamının çəkilmək ehtimalı da var.

Mələk






Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/171028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR