Türkiyə Silahlı Qüvvələri və MİT-də FETÖ-yə üzvlükdə şübhəli bilinən 55 nəfər tutulub

Türkiyə Silahlı Qüvvələri və MİT-də FETÖ-yə üzvlükdə şübhəli bilinən 55 nəfər tutulub
12:52 5 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyənin 31 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı həyata keçirilmiş əməliyyat nəticəsində 55 nəfər tutulub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar FETÖ-yə üzv olmaqda şübhəli bilinirlər.
Məhkəmə Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatındakı (MİT) FETÖ-çü imamlarla bağlı aparılan istintaq tədbirləri çərçivəsində 31 əyalətdə 101 nəfərin tutulması haqda qərar çıxarıb. İndiyədək onların 55-i həbs edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR