Aralıq dənizində 1800 qaçqın xilas edilib

Aralıq dənizində 1800 qaçqın xilas edilib
13:12 5 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ İtalyan sahil mühafizə xidmətinin əməkdaşları Aralıq dənizində batmaqda olan bir neçə qayıqdan 1800 nəfəri xilas edib.
"Reporty" BFMTV-yə istinadən xəbər verir ki, genişmiqyaslı axtarış işləri açıq dənizdə göyərtəsində qeyri-qanuni miqrantların olduğu on beş gəminin aşkar edilməsindən sonra başlanılıb.
Yardımın gəlməsinə baxmayaraq, miqrantların bəzilərini xilas etmək mümkün olmayıb. Sahil mühafizə xidmətinin əməkdaşları sudan təxminən 30 meyit çıxarıb ki, onların yarısı qadınlar və uşaqlardır.
Şahidlərin sözlərinə görə, hazırda Aralıq dənizində miqrantları daşıyan bir neçə qayıq da var. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/araliq-denizinde-1800-qacqin-xilas-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR