Hugo Boss, Gucci, Lacoste - Məşhur şirkət kosmetika biznesini 11,4 milyard dollara satdı

Hugo Boss, Gucci, Lacoste - Məşhur şirkət kosmetika biznesini 11,4 milyard dollara satdı
13:23 5 Oktyabr 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın məşhur şirkəti “Procter&Gamble” kosmetika biznesini gözəllik məhsulları istehsalçısı “Coty Inc” şirkətinə 11,4 milyard dollara satıb.

Publika.az xəbər verir ki, şirkətin icraçı direktoru Devid Teylorun sözlərinə görə, sövdələşmənin başa çatması “P&G” şirkətinin sabit gəlirinə qayıtmaq üçün əsas addımdır.

2015-ci ilin iyul ayında “P&G” öz kosmetik biznesini Coty Inc şirkətinə satacağını bildirmişdi. Lakin o zaman sövdələşmə məbləği kimi 12,5 milyard dollar göstərilmişdi. Sövdələşmə şirkətin 43 brendinin satışını nəzərdə tutur ki, bunlar arasında - Hugo Boss, Gucci, Lacoste, Bruno Banani, Escada, Mexx, James Bond, Gabriela Sabatini, Stella McCartney, Alexander McQueen и Max Factor kimi brendlər var.

2015-2016 maliyyə ilinin 30 iyun tarixində sona çatan yekunlarına görə, “P&G” şirkətinin xalis mənfəəti illik ifadədə 48%, 10,6 milyard dollaradək artmışdır. Gəlir illik ifadədə 2,7%, 16,1 milyard dollar azalmışdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR