Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 2-də saat 03 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini İlham İsayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Əsgər Cabbarovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 4-də orada ölüb.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.