Vitali mövqeyni itirdi, Riçard ən bahalı oldu - YENİ SİYAHI

Vitali mövqeyni itirdi, Riçard ən bahalı oldu -   YENİ SİYAHI
13:27 5 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionatında çıxış edən futbolçuların qiymətlərində dəyişiklik baş verib. Fanat.Az xəbər verir ki, "Transfermarkt" klublarımızda forma geyinən bəzi futbolçuların qiymətlərini artırıb, bəzilərini isə azaldıb.


Sonuncu dəfə təqdim etdiyimiz siyahıya "Qarabağ"lı Riçard Almeyda və "Qəbələ"dən Vitali Vernidub başçılıq edirdi. Hər iki futbolçuya 1,2 milyon avro qiymət qoyulmuşdu. İndi Riçard dəyərini 300 min avro artırıb və 1,5 milyonla siyahının vahid liderinə çevrilib. Vitali Vernidubun dəyəri isə əksinə, 300 min avro azalaraq onun 4-5-ci pillələri bölüşməsinə səbəb olub.


"Qarabağ"ın digər üzvü Reynaldo Silvanın dəyəri 200 min avro artıb. O, 1,2 milyon avro ilə 3-cü yerdən 2-ci pilləyə yüksəlib. Digər "Qarabağ"lı Dani Kintana isə dəyərini 100 min avro artıraraq 1 milyona çatdırıb və 6-cı yerdən 3-cü pilləyə qalxıb. 


Yerli futbolçulardan ən böyük sıçrayışı Bədavi Hüseynov edib. Bundan qabaqkı siyahıda 450 min avro qiymət qoyulan "Qarabağ"ın üzvü dəyərini 250 min avro artırıb. Əvvəlki siyahda 18 ən bahalı futbolçu arasına düşə bilməyən gənc futbolçu artıq 10-cu pillədə qərarlaşıb. Yeri gəlmişkən, o, ən bahalı 15 futbolçu arasındakı yeganə yerli oyunçudu.


Futbolçu (klub)

Dıyəri (avro)

Artıb-azalıb (+/-)

1

Riçard Almeyda (Qarabağ)

1.500.000

+ 300.000

2

Reynaldo Silva (Qarabağ)

1.200.000

+ 200.000

3

Dani Kintana (Qarabağ)

1.000.000

+ 100.000

4

Migel Madera (Qarabağ)

900.000

- 100.000

5

Vitali Vernidub (Qəbələ)

900.000

- 300.000

6

İbrahim Şehiç (Qarabağ)

800.000

----

7

Filip Ozobiç (Qəbələ)

800.000

----

8

Sergey Zenyov (Qəbələ)

800.000

----

9

Teo Uiks (Qəbələ)

750.000

+ 150.000

10

Bədavi Hüseynov (Qarabağ)

700.00

+ 250.000

11

Voyislav Stankoviç (Qəbələ)

700.000

+ 100.000

12

Dino Ndlovu (Qarabağ)

700.000

 

13

Dmitri Bezotosnı (Qəbələ)

650.000

- 100.000

14

Nika Kvekveskiri (Qəbələ)

650.000

+ 250.000

15

Boyan Şaranov (Qarabağ)

600.000

----


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vitali-movqeyni-itirdi-ricard-n-bahal-oldu-t53099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR