Bakının seysmik riski qiymətləndiriləcək - YENİ XƏRİTƏ

Bakının seysmik riski qiymətləndiriləcək - YENİ XƏRİTƏ
13:27 5 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı şəhərində seysmik riskin qiymətləndirilməsinə ilk olaraq Səbail rayonundan başlanılacaq". 

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, Almaniya GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzi ilə razılaşma əldə olunub: "19-23 sentyabrda Almaniyanın Potsdam şəhərində yerləşən GFZ-də işgüzar səfərdə oldum. Bir neçə il biz onlarla danışıqlar aparmışıq. Bu il memorandum imzalanıb. Biz Bakının seysmik mikrorayonlaşdırılması, paytaxtda olan seysmik təhlükəli zonaların müəyyən edilməsi və seysmik riskin qiymətləndirilməsi məsələlərini önə çəkmişik".

Q.Yetirmişli vurğulayıb ki, gələn ilin aprel ayından başlayaraq Bakının seysmik mikrorayonlaşdırılması işlərinə başlanılacaq: "Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün GFZ-nin texnoparkında olan cihazlar Bakı şəhərində quraşdırılacaq. Bununla bağlı ilkin razılıq əldə olunub. GFZ-nin texnoparkından ilkin olaraq 20 stansiyanın 2 il müddətində Bakı şəhərində quraşdırılması GFZ-nin hesabına həyata keçiriləcək. Biz bu avadanlıqları pilot layihə kimi Bakının Səbail rayonunda quraşdıracağıq, çünki Səbail həm mərkəzi, həm də əhalinin sıx məskunlaşdığı rayondur. Bu rayonda eyni zamanda qədim tikililər var. Bundan əlavə, seysmiklik baxımdan götürdükdə, dəniz kənarında yerləşdiyinə görə, Səbailin geoloji quruluşunu nəzərə alaraq təklif verdim ki, bu işləri ilk olaraq Səbail rayonundan başlayaq. Layihə iki il üçün nəzərdə tutulub. Sonra Bakının digər rayonlarının da seysmik qiymətləndirilməsi həyata keçiriləcək".

Q.Yetirmişli əlavə edib ki, görülən işlərin nəticəsində Bakının seysmik mikrorayonlaşdırılmasının xəritəsi hazırlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR