Prezidentin itlərinə silahlı hücum - FOTO

Prezidentin itlərinə silahlı hücum - FOTO
13:28 5 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Barak Obamanın itini oğurlamaq istəyən şəxs ABŞ-da polis tərəfindən saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, üzərində silah gəzdirən oğru məhkəmə qarşısına da çıxarılıb.

Aydın olub ki, 49 yaşlı Skott Stokerin “amerikanın ilk itləri” Bo və Sannini oğurlamaq planı əvvəlcədən gizli kəşfiyyata məlum olub. Buna görə də nəzarət altında olan oğrunun planı baş tutmayıb. O tutulan zaman üzərində ov tüfəngi, 350 güllə və dəyənək tapılıb. Silah gəzdirmək icazəsi olmadığı üçün tutulan Stoker məhkəmədə prezidentin itlərini oğurlayacağını etiraf edib. Amma bunu necə edəcəyi haqqında məlumat verməkdən boyun qaçırıb.

Məhkəmə salonunda hakim onu dinləyəndən sonra azadlığa buraxsa da, Ağ Ev və Konqresə yaxınlaşmasını qadağan edib.

Mələk


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR