“Facebook”da gizli və “yoxa” çıxan mesajlarla bağlı YENİLİK

“Facebook”da gizli və “yoxa” çıxan mesajlarla bağlı YENİLİK
13:33 5 Oktyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

“Facebook” sosial şəbəkəsi öz “Messenger”nə yeni gizli söhbət funksiyasını əlavə edib.

Bu barədə məlumat sosial şəbəkənin bloqunda yerləşdirilib.

Məlumata qeyd olunur ki, “Messenger” end-2-end şifrələnmə sistemindən istifadə edəcək. Gizli şəkildə mesajlaşmaq üçün istəfadəçi yeni söhbətə daxil olaraq müvafiq bəndi seçməlidir. Bundan əlavə “Facebook”da “yoxa” çıxan mesajlar göndərmək funksiyası da aktivləşib. İstifadəçi “Messenger”də hər bir mesaja vaxt da qoya bilər.

Gizli söhbətlər qıfıl işarəsi ilə göstərilib. Məlumatda vurğulanır ki, bu cür söhbətlərdə digər bütün funksiyalar işləyir, lakin qrup halında gizli yazışmaq mümkün deyil. “Facebook” xəbərdarlıq edir ki, bu cür söhbətlərə yalnız onun yaradıldığı qurğuda baxmaq olur. Sosial şəbəkə, həmçinin bəyan edib ki, funksiya hələ ki, bütün qurğularda aktiv deyil. (azvision.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/171038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR