"Yahoo" casusluqda ittiham olunur

"Yahoo" casusluqda ittiham olunur
13:42 5 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Yahoo" şirkəti hüquq-mühafizə orqanlarının lehinə öz istifadəçilərinə qarşı casusluq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, şirkət gizli proqram vasitəsilə istifadəçilərinin yazışmalarına nəzarət edib. "Burada əsas məqsəd Milli Təhlükəsizlik Agentliyini və Federal Tədqiqatlar Bürosunu lazımi informasiya ilə təmin etmək olub", - portal şirkətin sabiq əməkdaşlarına istinadən yazır.
 
Adlarının anonim saxlanılmasını istəyən mütəxəssislər deyirlər ki, şirkət rəsmi Vaşinqtonun sorğuları əsasında milyonlarla akkaunta nəzarət edib.
 
"Şirkətin menecmentində təmsil olunan bir sıra şəxslər bu cür siyasətlə razı deyildilər. Nəticədə onlar yeni iş yeri axtarmağa məcbur oldular", - deyə onlar qeyd edib.
 
Yeri gəlmişkən, qalmaqalı Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı, hazırda Rusiyada mühacirətdə olan Edvard Snouden də şərh edib. O öz "Twitter" hesabı vasitəsilə hər kəsi "Yahoo"dan imtina etməyə çağırıb: "ABŞ qanunlarını kobud şəkildə pozan şirkətin hərəkətləri heç bir çərçivəyə sığmır".
 
"Yahoo" rəhbərliyi isə hər hansı şərh verməyə tələsmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR