Dünya ulduzları xeyriyyə matçında iştirak edəcəklər.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, görüş Romada baş tutacaq.
Oktyabrın 12-də "Olimpiya" stadionunda xeyriyyə fondunun təşəbbüsü ilə keçiriləcək oyun "Rai 1" kanalı vasitəsilə canlı yayımlanacaq. Matçda Françesko Totti, Dieqo Maradona, Ronaldinyo, Canluka Zambrotta və Ernan Krespo kimi tanınmış simalar iştirak edəcəklər.
Qarşılaşmanın bilet satışından yığılacaq pul hərbi əməliyyatlar zamanı zərər çəkmiş uşaqlar üçün istifadə ediləcək.
Milli.Az