Nazir: "Azərbaycan dünyada lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınır"

Nazir: "Azərbaycan dünyada lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınır"
13:57 5 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan dünya turizm bazarında lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınır".

Milli.Az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində şimal bölgəsində turizmin mövcud vəziyyətinə, turizm rekreasiya zonalarının inkişafına həsr olunan regional müşavirədə deyib.

Ə.Qarayev turizm sənayesinin inkişaf etdirilməsinin prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulayaraq, bu istiqamətdə aparılan islahatların son illər daha intensiv xarakter aldığını bildirib.

Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamının əhəmiyyətini vurğulayan nazir qeyd edib ki, Azərbaycanda turizm sənayesinin inkişafına yönəlmiş tədbirlər artıq öz bəhrəsini verir: "Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda aparıcı sahəyə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub və brend otellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınır".

Müşavirədə qeyd olunub ki, yaxın gələcəkdə regionlarda işin daha səmərəli təşkili məqsədilə mədəniyyət və turizm şöbələrinin strukturunda dəyişikliklər olacaq. Respublika üzrə 15 regional mədəniyyət və turizm şöbəsinin təşkili nəzərdə tutulub.

Turizmin mövcud vəziyyəti, turizm rekreasiya zonalarının inkişafına həsr olunan növbəti müşavirə İsmayıllı rayonunda keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR