Əli qanlının “müəllimin kim olub?” söhbəti

Əli qanlının “müəllimin kim olub?” söhbəti
14:03 5 Oktyabr 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

Qurban adı ilə satılan əti daha ucuz almaq üçün çənə-boğaz olduğum qəssabın “sənin müəllimin kim olub?” sözləri bu müəllimlər günündə belə beynimin bir küncündə ilişib qalıb. Əli qanlı qəssab müəllimlərimi yada salmaqla “sən kimə kələk gəlirsən?” demək istəyirdi, mən də 2 manatın söhbətini eləyirdim. Sonunda bu əli qanlıya sözün əsl mənasında “atmağı” bacarmışdım, amma mənə qalan beynimi iki gündür qurcalayan bu sual idi. Doğrudan da, hər birimizin içimizdə gizlətdiklərini, əslində təkcə özümüzə məxsus olanları kimdən öyrənmişdik?

Müəllimlər günündə “sevimli müəllimim” deyə əllərindən öpmək üçün sıraya durduqlarımızdanmı, yoxsa...? Mən kimin əllərindən öpməli idim bu gün? İki manatın söhbətini etdiyim və qalib gəldiyim qəssab illər sonra müəllimlərimi yada salmışdı.Sevimli müəllimimin olduğu yadıma gəlmir, yadıma gələn sevimli topum və taxtadan düzəltdiyimiz “pistolet” idi, bir də, evdəkilərin həyətdən qovduqları dilənçinin yanındakı balaca oğlanın susmaq bilməyən tütəyi.

O tütəyə görə qapımızı döyüb istədikləri bir parça çörəyi deyil, atamın qurub-tikmək üçün illərini verdiyi evimizi də verməyə razı idim. İllər keçəcək, hər kəs “Torqovı”dakı qaraçı oğlanın ağ tütəyini susdurmaq üçün pul verəndə mən bu yaşımda bircə dəfə tütək çalmaq üçün ciblərimi boşaldacaqdım.Elə ilk müəllimim o tütək oldu mənə həsrətin nə olduğunu öyrədən zaman...

Anamdan ayrlıb məktəbə gedəndə axıtdığım göz yaşları sevməyi, gözlərimə sıxdığım kiçik yumruqlarımsa çarəsizliyi öyrətdi mənə. Artıq üç müəllimim var idi məktəbə gedərkən. Həsrəti, sevməyi, çarəsizliyi öyrənmişdim hərflərdən öncə... Öyrəndiklərimi yazmaq üçün hərfləri öyrədən müəllimi çox sevmişdim, bir az da gələcək kişinin qadına olan sevgisi idi bu. Lakin bu sevginin ömrü çox az - qiymətim kəsilənə qədər oldu. Yadımdadır, yazımı oxuyub lövhəyə çağırmışdı məni. Əlimi havaya qaldırıb "yazıçı" demişdi mənə, demişdi ki, "sənə "beş" azdır". Mən də ""beş" azdır, iki "beş" yaz” deyə bilmədim, susdum.

Qiymətimi kəsməyi bir yandan, uşaqların içində mənə o sözü deməyi başqa yandan... "Yazı"nı anlamışdım, mənə təsir eləyən “çı” söhbəti idi. Elə məktəbi də əyri xətli yazımla, “çı”lığımı üzümə pərdə eləyib, birtəhər başa vurdum. Amma anlamadım, müəllim nələr öyrətdi, mən nələri öyrəndim. Sinifdə Nizami Gəncəvinin həyatını öyrədərkən, mənə başqa bir müəllim əsl həyatı tanıtdı. Məktəb pəncərəsini sındırıb, süşənin pulunu ödəmək üçün atama yalan danışanda sonralar yaşamaq üçün Nizami Gəncəvini bilməkdən daha vacib olanı öyrəndim: aldatmağı. Atamın aylıq maaşa aldığı ayaqqabıları "butılka" ilə futbol oynayıb cıranda yırtıq ayaqqabılarla gəzməyin nə olduğunu öyrəndim həmin "butılka"dan. Uşaq xəyalları ilə sevdiyim qız yırtıq ayaqqabılarıma baxıb dodaqlarını büzəndə təzə ayaqqabıların məndən qiymətli olduğunu öyrəndim o dodaqlardan.Müəllim almanın yerə necə düşdüyünü göstərib Nyutonun cazibə qüvvəsini öyrədəndə, mənim müəllimim almanı hardan oğurlayıb necə yeməyi öyrədirdi. Oğurluğu Nyutondan öyrəndim almanı yerə salıb cazibə qüvvəsini kəşf edərkən.

Və nəhayət, "əli qanlı"ya “atmağı” 15 il öncə dərsdə “Qordi düyünü” haqda danışan qoca tarixçiyə “mən o düyünü çözərəm, amma 10 dəqiqəlik bayıra çıxmam lazımdır” deyib 10 dəqiqə adı ilə dərsdən qaçaraq “seqa” oynamağa gedərkən öyrənmişdim, yaxşı xatırlayıram. Müəllimlər mənə çox az şey öyrətdilər, ya da mən çox öyrənmədim. Amma dilənçi oğlanın tütəyindən, göz yaşları və kiçik yumruqlardan, məktəb pəncərəsindən, "butulka"dan, büzülmüş dodaqlar və Nyutondan “necə yaşamağı” öyrənmişdim illər öncə...

Əllərindən öpmək üçün nə illər öncəki “müəllimləri” tapmağı bacararam indi, nə də Nyutonu qəbirdən çıxarmağı. Bunu da bu gün öyrəndim. Dünənsə aylıq maaşa baxan kişinin yaşamını öyrəndim - illər öncə atamın mənə ayaqqabı aldığı aylıq maaşı xatırlayaraq və hər şey rəğmən illərin əllərindən öpürəm, heç nəyi unutdurmadığı üçün.

Bir də... dünən doğum gününü qeyd etdiyim qadının əllərindən öpürəm, mənə illər sonra yenidən sevməyi öyrətdiyi üçün.

Asif Nərimanlı



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

24 Sentyabr 2017 21:12

Almaniyanın yeni baş nazirinin adına aydınlıq gəldi

24 Sentyabr 2017 21:09

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 319 nəfərə çatıb

24 Sentyabr 2017 21:07

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq” – FOTOLAR

24 Sentyabr 2017 21:03

Merkel yenidən qalib oldu

24 Sentyabr 2017 20:59

Sentyabrın 28-29-da Tbilisidə üçüncü İpək Yolu Beynəlxalq Forumu keçiriləcək

24 Sentyabr 2017 20:57

"Onlar həmin anda həddi aşdılar" - Roman Qriqorçuk

24 Sentyabr 2017 20:57

Almaniyada məscidə hücum olundu

24 Sentyabr 2017 20:57

AÇ-2017: Azərbaycan - Polşa 3:0

24 Sentyabr 2017 20:53

Millimizdən inamlı qələbə

24 Sentyabr 2017 20:43

Avro-2017: Millimiz itkisiz irəliləyir

24 Sentyabr 2017 20:39

"Qəbələ"nin futbolçuları arasında gərginlik

24 Sentyabr 2017 20:37

Tərlan Əhmədov: "Elxan Abdullayev bizə hörmətlə yanaşsın"

24 Sentyabr 2017 20:37

Şəkidə meşədə çürümüş kişi meyiti tapıldı

24 Sentyabr 2017 20:28

Azərbaycanın cüdo millisi Avropa açıq çempionatını 5 medalla başa vurub

24 Sentyabr 2017 20:27

Hacıqabulda maşın piyadanı vuraraq öldürdü

24 Sentyabr 2017 20:24

Goranboydakı hərbi hissədən Bakıya qayıdan şəxslər qəzaya düşüb, 3 nəfər ağır yaralanıb

24 Sentyabr 2017 20:17

"İraqda irqçi dövlət qurula bilməz"

24 Sentyabr 2017 20:15

Goranboyda AĞIR QƏZA - Sərnişin öldü - FOTO

24 Sentyabr 2017 20:08

Ucarda “NİVA” yük maşını ilə toqquşdu - 3 yaralı

24 Sentyabr 2017 20:04

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub

24 Sentyabr 2017 20:02

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

24 Sentyabr 2017 20:01

Zaqatalada dağlıq ərazidə meşə yanır

24 Sentyabr 2017 19:53

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

24 Sentyabr 2017 19:47

Veteran idmançı evində ölü halda tapıldı

24 Sentyabr 2017 19:46

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatdı

24 Sentyabr 2017 19:38

"Sumqayıt"dan "Qarabağ"a 5 qol

24 Sentyabr 2017 19:37

Bu ölkənin paytaxtı dəyişdirilir

24 Sentyabr 2017 19:33

Tanınmış model o görüntüsünü paylaşdı

24 Sentyabr 2017 19:25

Antalyaya getmək istəyən şəxsi aldatdılar

24 Sentyabr 2017 19:24

İraq ordusu peşmərgə ilə razılaşdı - Hücum planı

24 Sentyabr 2017 19:23

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatıb Böyüt

24 Sentyabr 2017 19:17

Oğurladığı maşınla səyahətə çıxan azərbaycanlı - FİLM KİMİ CİNAYƏT

24 Sentyabr 2017 19:14

Meşədə kişi meyiti tapıldı

24 Sentyabr 2017 19:03

İran Kürdüstan Muxtariyyəti ilə sərhəddə ordu yeritdi

24 Sentyabr 2017 18:54

İndoneziyada 34 min nəfər təxliyyə olundu

24 Sentyabr 2017 18:54

İmişlidə qəza: Yaralanan var

24 Sentyabr 2017 18:53

Maşınını avtoyuma məntəqəsinə verən qadın işə düşdü

24 Sentyabr 2017 18:49

Prezident: "Gəlirlərimiz azalsa da, sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur"

24 Sentyabr 2017 18:47

Misir paytaxtını dəyişir - 45 milyard dollara yeni şəhər tikilir

24 Sentyabr 2017 18:44

Sergey Şoyqu İrailə gedir

24 Sentyabr 2017 18:43

Səsi nazik olan kişilərə bəd xəbər

24 Sentyabr 2017 18:41

Bakı-Qazax yolunda ağır qəza: qadın öldü

24 Sentyabr 2017 18:39

Salyanda 7 min hektar sahədə pambıq əkilib

24 Sentyabr 2017 18:37

Meşəyə bitki yığmağa getdi, meyiti tapıldı

24 Sentyabr 2017 18:34

Goranboyda yol qəzası nəticəsində 1 nəfər ölüb, daha 3-ü yaralanıb

24 Sentyabr 2017 18:32