"Mançester Siti"də qadağa

"Mançester Siti"də qadağa
14:12 5 Oktyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola yetirmələrinin daha çox bir-biri ilə ünsiyyətdə olması üçün maraqlı qərar qəbul edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı futbolçularına klubun bazasında internetə daxil olmaq və 4G mobil rabitə xidmətindən istifadəyə qadağa qoyub.

Klubun 31 yaşlı argentinalı müdafiəçisi Pablo Zabalete faktı təsdiqləyib: "Səhər və axşam yeməklərini bir yerdə yeyirik. Biz bazaya gələndə internet kəsilir. Qvardiola Wi fi və 4G bağlantılarını əngəlləyən sistem qurdurub. Ancaq mən həyatımdan məmnunam. Qvardiola möhtəşəm məşqçidir".

"Şəhərlilər" Qvardiolanın rəhbərliyi altında İngiltərə Premyer Liqasının cari mövsümündə ilk məğlubiyyətini ötən tur "Tottenhem"lə görüşdə alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR