Aİ vizasız rejimin dondurulması sistemini yaratdıqdan sonra Gürcüstan üçün viza rejimini ləğv edəcək

Aİ vizasız rejimin dondurulması sistemini yaratdıqdan sonra Gürcüstan üçün viza rejimini ləğv edəcək
14:22 5 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı Şurası Gürcüstan üçün viza rejiminin ləğvi ilə bağlı danışıqlar mövqeyini razılaşdırılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Daimi Nümayəndələr Komitəsinin (Coreper) qərarına əsasən, vizasız rejim yalnız Avropanın vizasız rejimlərin dondurulması sisteminin işə başlamasından sonra tətbiq edilə bilər.
"Aİ-nin Daimi Nümayəndələr Komitəsi Avropa Komissiyasının Gürcüstan ərazisinə yollanan Aİ ölkələrinin vətəndaşları və Aİ ərazisinə gedən Gürcüstan vətəndaşlarına 180 gün ərzində 90 gün müddətinə vizasız rejimin tətbiq olunması barədə təklifini təsdiqləyib" - Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
İndi bu mövqe Avropa Parlamenti ilə razılaşdırılmalıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ai-vizasiz-rejimin-dondurulmasi-sistemini-yaratdiqdan-sonra-gurcustan-ucun-viza-rejimini-legv-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR