1800 qaçqın xilas edildi

1800 qaçqın xilas edildi
14:27 5 Oktyabr 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

İtalyan sahil mühafizə xidmətinin əməkdaşları Aralıq dənizində batmaqda olan bir neçə qayıqdan 1800 nəfəri xilas ediblər.

Milli.Az report-a istinadən bildirir ki, genişmiqyaslı axtarış işləri açıq dəniz göyərtəsində qeyri-qanuni miqrantların olduğu on beş gəminin aşkar edilməsindən sonra başlanılıb.
Yardımın gəlməsinə baxmayaraq, miqrantların bəzilərini xilas etmək mümkün olmayıb. Sahil mühafizə xidmətinin əməkdaşları sudan təxminən 30 meyit çıxarıb ki, onların yarısı qadınlar və uşaqlardır.
Şahidlərin sözlərinə görə, hazırda Aralıq dənizində miqrantları daşıyan bir neçə qayıq da var. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR