Kimya üzrə Nobel mükafatçılarının adları açıqlandı

Kimya üzrə Nobel mükafatçılarının adları açıqlandı
14:28 5 Oktyabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

İsveç Kral Akademiyası yanında Kimya üzrə Nobel Komitəsi 2016-ci il üzrə mükafatçıların adlarını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sahə üzrə mükafata Jan-Pyer Savaj, Freyzer Stoddart və Bernard Ferinq layiq görülüb.

Mükafat “planlaşdırma və molekulyar maşınların sintezi” sahəsində uğurlara görə verilib.

Qeyd edək ki, Sülh üzrə mükafat oktyabrın 7-də, İqtisadiyyat üzrə mükafat isə oktyabrın 10-da elan olunacaq. Bu il bütün laureatlara 8 milyon İsveç kronu (təxminən 953 min dollar) veriləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/171056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR