"Ailəmi xəyanətə görə dağıtmamışam" - Lalə

"Ailəmi xəyanətə görə dağıtmamışam" -  Lalə
14:31 5 Oktyabr 2016
597 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Lalə Məmmədova ARB TV-nin “Gəlin danışaq” verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, müğənni “Qadın xəyanəti bağışlamalıdırmı?” sualına ifaçı belə cavab verib:

“Qadın elə məxluqdur ki, sona kimi ümidli olur. “Bəlkə, düzəlib, daha etməz” deyir. Çoxları düşünür ki, mənim ailəm xəyanətə görə dağılıb. Yox, bizdə daha ciddi səbəblər var idi. Bir qadın olaraq heç vaxt xəyanətə görə ailəmi dağıtmazdım. Hər bir kişi xəyanətə meyillidir. Mən xəyanəti hiss etsəm də, üzə vurmamağa çalışmışam. Bir qəlbdə iki insan yerləşə bilməz, kişi yalnız birini sevər. Xəyanət isə başqa bir şeydir, təbii tələbatdır”.

L.Məmmədova həyat yoldaşı ilə boşanma səbəblərini övladlarına belə demədiyini bildirib:

“Uşaqlarıma ayrılıq səbəbini tam deməmişəm. Amma böyük qızıma nisbətən anlatdım. Niyə ayrı qaldığımızı soruşanda, bəzi şeyləri danışdım. Lakin heç vaxt atalarını pisləməmişəm. Uşaqlar travma alıb, bir də atalarını pisləyərək, onları çətin duruma salmaq istəmirəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR