Elektron ticarət bahalaşacaq

Elektron ticarət bahalaşacaq
14:33 5 Oktyabr 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin 1-ci rübü ilə müqayisədə 2-ci rübdə elektron ticarət fəaliyyəti göstərən vergi ödəyicilərinin dövriyyəsində 54,1%, hesablamalarda 53,8%, daxilolmada isə 69,1% artım müşahidə olunub.

Publika.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov bildirib. O, qeyd edib ki, hazırda elektron ticarətlə məşğul olan internet portallarının birbaşa hansı vergi ödəyicisinə aid olduğunun dəqiqləşdirilməsi, vergi qeydiyyatı olmayanların uçota alınması, nağd və ya nağdsız ödəniş qaydasında fəaliyyət göstərilməsinin, bank hesablarının, portallarda yerləşdirilən reklam və ya elanların, onların sifarişçisinin və ya tərtibatçısının müəyyən edilməsi, nağd və bank hesabları üzrə əməliyyatların əldə olunması və ümumilikdə bütün gəlirləri ilə bəyannamə göstəricilərinin müqayisəli araşdırılması istiqamətində işlər aparılır: “Rəsmi statistikaya görə, Azərbaycanda elektron ticarətin həcmi o qədər də böyük deyil. Əslində isə bu rəqəmin milyonlarla manat olduğunu güman etmək olar. Məhz bu səbəbdən, ilkin olaraq, elektron ticarətin dövlət uçotunun təşkil olunması zəruridir. Elektron ticarət sahəsində uçotun təşkili, şəffaflığın artırılması və vergitutma bazasının genişləndirilməsi istiqamətində lazımi addımlar atılmaqla e-ticarətin vergiyə cəlb edilməsi asanlaşacaq ki, bu da vergitutma bazasının genişləndirilməsinə və dövlət büdcəsinə vergi daxilolmalarının həcminin artmasına səbəb olacaqdır”.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR