Lahıcı həşərat basıb

Lahıcı həşərat basıb
14:39 5 Oktyabr 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

Artıq 3 gündür ki, hər axşam Lahıc qəsəbəsini mənşəyi bilinməyən həşəratlar basır.

 

Lent.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə qəsəbə sakinləri sosial şəbəkədə foto və videolar paylaşıb. Onların sözlərinə görə, hazırda bütün qəsəbə və ətraf kəndlər bu vəziyyətdədir:

“Adını da bilmədiyimiz bu həşəratlar axşam 5 radələrində uçuşmağa başlayır, səhərlər isə gözə dəymirlər. Fotolara baxan şəxslər çox təhlükəli olduğunu deyir. Bələdiyyəyə müraciət etmişik. Sədr deyir ki, 63 yaşım var, ancaq mən belə bir şey görməmişəm. Aidiyyatı orqanlar isə “bizlik deyil” deyir. Bizim də əlimizdən bir iş gəlmir, vəziyyət gün keçdicə daha da qəlizləşir”.

 

Qəsəbə sakinləri onu da qeyd edib ki, həşəratlara qarşı müxtəlif dərman vasitələrindən istifadə edilsə də, bir nəticəsi olmayıb.

 

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziya isə bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi artıq bu barədə məlumat əldə edib və hazırda araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı sabah gün ərzində mətbuata açıqlama veriləcək.

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR