Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib

Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib
14:57 5 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Txin Çjo qərar imzalayıb.
Qeyd edək ki, 1950-ci ildə Britaniyanın müstəmləkəsindən azad olduqdan sonra Myanmada (o vaxtlar Birma adlanırdı) fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin rejimə əsasən, dövlətə xəyanət edənlər edam olunurdu, cəmiyyətin mənəviyyatını pozan yanlış informasiya yayanlar isə uzun müddətə azadlıqdan məhrum edilirdi.
Xatırladaq ki, 2015-ci ildə parlament seçkilərində qalib gəlmiş Demokratiya uğrunda Milli Liqanın nümayəndəsi Txin Çjo 2016-cı il martın 30-dan ölkənin prezidentidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/myanmada-66-ilden-sonra-fovqelade-veziyyet-rejimi-legv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR