Son dörd ayda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 197 mln. dollar azalıb

13:32 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 13:23 ]

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü il dekabr ayının 1-nə 14 996,3 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin noyabrın 1-nə nisbətən 1 253,8 mln. dollar və ya 9,12% çoxdur.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, amma bu ilin noyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 37,3 mln. dollar və ya 0,25% azalıb. Başqa sözlə, oktyabrda Mərkəzi Bankın valyuta ehtiyatları 15 033,6 mln. ABŞ dolları idisə, noyabrda bu göstərici 14 996,3 mln. ABŞ dollarına qədər azalıb. Qeyd edək ki, artıq 4 aydır ki, yəni, iyul ayından Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarında azalma müşahidə edilir. Belə ki, iyul ayı ilə müqayisədə avqustda rəsmi valyuta ehtiyatları 2,5 mln. dollar və ya 0,02%, avqustla müqayisədə sentyabrda 148,5 mln. dollar və ya 0,98%, sentyabrla müqayisədə oktyabrda 8,8 mln. dollar və ya 0,06% azalıb. Ümumilikdə, iyul ayından başlayaraq ehtiyat 1,3% və ya 197,1 mln. dollar azalıb. 

 

 

Qeyd edək ki, bu ildə valyuta ehtiyatlarının artım tempi ötən illə müqayisədə müəyyən dərəcədə azalıb. Belə ki, bütövlükdə 2013-ci il ərzində AMB-nin valyuta ehtiyatlarının artımı 2 457,2 mln. dollara bərabər olub, bu ilin yanvar-noyabr aylarında isə artım  777 mln. dollar və ya ötənilki artımın 31,6%-ni təşkil edib. Bununla yanaşı, ötən ilin yanvar-noyabr ayları ərzində artım 1778,5 mln. dollar təşkil edib ki, bu da, göründüyü kimi, bu ilki 11 aylıq göstəricidən 2,29 dəfə çoxdur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR