Daha bir klub Azərbaycan Kuboku uğrunda mübarizə aparmaqdan imtina edib

Daha bir klub Azərbaycan Kuboku uğrunda mübarizə aparmaqdan imtina edib
15:07 5 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün "Ağsu" futbol klubu Peşəkar Futbol Liqasına (PFL) məktub ünvanlayıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub 2016/2017-ci illər mövsümündə Azərbaycan Kuboku uğrunda yarışlarda iştirak etməyəcəyini bildirib.
Nəticədə Kubok uğrunda 18 komanda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan kubokunda “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, “Rəvan”, “Qaradağ Lökbatan”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor” və “Səbail” komandaları çıxış edəcək. Kubokun püşkatma mərasimi sabah keçiriləcək. Daha əvvəl "Mil-Muğan", "Göyəzən" və "Energetik" komandaları turnirdə iştirakdan imtina edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/daha-bir-klub-azerbaycan-kubokundan-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR