"SOCAR-AQŞ" MMC "Günəşli" yatağında növbəti quyuda qazma işlərinə başlayıb

"SOCAR-AQŞ" MMC "Günəşli" yatağında növbəti quyuda qazma işlərinə başlayıb
15:12 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ "SOCAR-AQŞ" şirkəti "Günəşli" yatağında növbəti quyuda qazma işlərinə start verib. Müəssisə “Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündən 317 saylı quyuda qazma işlərinə başlayıb. Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Məlumatda deyilir ki, 317 saylı quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2 850 metr təşkil edir. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
"SOCAR-AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hazırda "SOCAR-AQŞ" dayazsulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, "Ümid" yatağının 1 saylı, "Qərbi Abşeron" yatağının 20 saylı və "Bulla" yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-aqs-gunesli-yataginda-novbeti-quyuda-qazma-islerine-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR