Abdurəhmanov bir gün ərzində 10 ağır cinayət törətdi

Abdurəhmanov bir gün ərzində 10 ağır cinayət törətdi
15:22 5 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Omsk şəhər sakini, 37 yaşlı Yermek Abdurəhmanov bir günün içərisində 10 qatı cinayətə "imza atıb".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, törətdiyi ağır cinayət əməllərinə görə Y.Abdurəhmanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 21 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiya Federasiyasının Omsk vilayəti üzrə istintaq komitəsinin istintaq idarəsindən bildirilib ki, xoşagəlməz hadisələr 2015-ci ilin avqust ayında Koziskiy qəsəbəsindən başlayaraq cərəyan edib.

Belə ki, bir müddət öncə həbsxanadan buraxılan Y.Abdurəhmanov bu münasibətlə yaxın dostu ilə birgə məclis qurub, birlikdə yeyib-içiblər. İçkinin təsirindən sərxoş olan dostu onu normal həyat tərzi sürməməkdə ittiham edib, qınayıb. Dostunun qınağından əsəbiləşən E.Abdurəhmanov səsboğucu tapançadan onun baş nahiyəsinə atəş açaraq qətlə yetirib. Dostunu öldürdükdən sonra mənzildə olan daha üç nəfəri aradan götürməyi planlaşdırıb. O, hadisə "şahid"lərindən birini elə yatdığı yerdəcə güllələyib. Digər iki nəfərə - həmin vaxt eyvanda siqaret çəkən şəxslərə atəş açmaq istəsə də, bacarmayıb. Onlar köməkləşərək E.Abdurəhmanovun əlindən silahı almağa müvəffəq olublar və tapançanı küçəyə tullayıblar.

Bundan sonra hadisələr başqa məcraya yönəlib. Keçmiş məhkum küçəyə qaçaraq silahı axtarmağa başlayıb, amma tapa bilməyib. Bu zaman gözü yanından ötən yeniyetməyə sataşıb. O, yeniyetməni döyərək əlindəki mobil telefonunu alıb.

Daha sonra "Şərq" bazarına sarı yollanıb. Qatil ərazidə dayanan maşını içərisindəki sərnişin qadınla birgə qaçırıb. Amma avtomobili idarə edə bilmədiyinə görə yarıyolda maşından enib, taksi çağırıb. Taksiyə əyləşərək birbaş şəhərin ucqar yerində yaşayan qohumlarıgilə gedib. Qohumunu evdə tapmayan keçmiş məhkum onun qeyri-rəsmi yaşadığı qadını zorlayıb.

Amma cinayətkarın macəraları bununla bitməyib. Qadını zorladıqdan sonra mənzilə də "əl gəzdirib", oğurladığı pullara narkotik vasitə alıb. Elə küçədəcə narkotikdən istifadə edən E.Abdurəhmanov ətrafda yerləşən mənzillərin qapılarını döyüb. Mənzil sahiblərindən biri qapını açmağa peşman olub. Mənzilə soxulan "çağırılmamış qonaq" əlindəki bıçaqla ev sahibinə hədə-qorxu gəlib. Sonra isə evdəki qadına təcavüz edib.

Bütün bu cinayətləri törətdikdən sonra bir müddət hüquq-mühafiizə orqanlarından gizlənə bilib. Lakin çox keçməyib ki, ağır cinayətlər törədən E.Abdurəhmanov tutularaq istintaqa təhvil verilib. O, ilkin dindirmə zamanı törətdiyi cinayətləri etiraf edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR