Azərbaycan millisinin rəqibi itkilərlə üzləşib

Azərbaycan millisinin rəqibi itkilərlə üzləşib
15:22 5 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Çexiya yığması futbolçu itkiləri ilə üzləşib. "Report"un Çexiya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Martin Fridek və qapıçı Yaroslab Drobnı zədələnib.
Hər iki futbolçu komandanın bu gün səhər baş tutmuş məşqində zədələnib. MRT müayinəsindən sonra futbolçunun menisk və xaçvari bağlarından zədələndiyi məlum olub. Drobnının isə məşq zamanı mübarizələrin birində dirsək sümüyü sınıb. Təcrübəli qapıçının qolu gipsə salınıb.
Qeyd edək ki, oktyabrın 11-də Ostrava şəhərində keçiriləcək Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR