“Neftçi” legionerlərimizə göz dikib? - klub rəsmisi açıqladı

“Neftçi” legionerlərimizə göz dikib? -   klub rəsmisi açıqladı
15:27 5 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümə uğursuz başlayan “Neftçi” çıxış yolunu qış fasiləsində heyəti gücləndirməkdə görür. Fanat.Az saytının əldə etdiyi məlumata görə, baş məşqçi postunda Vəli Qasımovu əvəzləyən Elxan Abdullayevin əsas hədəfi legioner həyatı yaşayan, lakin məxsus olduqları klublarda forma geyinə bilməyən futbolçuları heyətə cəlb etməkdir.


Məsələn, “Trabzonspor”da Super Liqada debüt etməyən Ramil Şeydayev, “Boavişta”da heyətə düşə bilməyən Emin Mahmudov, son zamanlar Almaniya II Bundesliqasında “Aue”nin heyətində daha az forma şansı qazanan Dmitri Nazarov, “Sportinq”in üzvü Budaq Nəsirov, "Duysburq"dan Tuğrul Erat kimi futbolçular paytaxt klubunun transfer siyahısında yer aldığı  bildirilir.


Məlumatı dəqiqləşdirmək üçün “Neftçi”nin mətbuat katibi Mehman Rəsulovla əlaqə saxladıq. Klub rəsmisi əsas hədəflərinin azad agent statusu daşıyan futbolçular olduğunu bildirdi: “Baş məşqçi Elxan Abdullayevin də dediyi kimi, hazırda bizə yalnız azad agent statusu daşıyan futbolçular kömək edə bilər. Yəni, ancaq belə futbolçuları heyətə cəlb etmək mümkündür. Adlarını çəkdiyiniz futbolçular isə hazırda başqa klublarda forma geyinir və öz klubları ilə müqavilələri var. Bu, baş məşqçinin səlahiyyətlərinə aid məsələdir. Əgər hər hansı futbolçu ilə müqavilə bağlanarsa bu barədə məlumat verəcəyik”.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftci-legionerlrimiz-goz-dikib-t53105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR