“Sovetski”nin növbəti köçürülmə planı: Evlərə görə nə qədər pul ödəniləcək? - EKSKLÜZİV AÇIQLAMA

“Sovetski”nin növbəti köçürülmə planı: Evlərə görə nə qədər pul ödəniləcək? - EKSKLÜZİV AÇIQLAMA
15:59 5 Oktyabr 2016
158 Digər
Ölkə mətbuatı
A- A+

"2014-cü ilin əvvəlindən Bakı şəhərinin Baş Planına uyğun olaraq, Yasamal rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, eləcə də yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə "Sovetski" adlandırdığımız ərazidən köçürülmə tədbirlərinə başlanılıb. Bu müddət ərzində 3827 yaşayış və qeyri-yaşayış sahəsi bu ərazidən artıq köçürülüb".
 
Bu açıqlamanı APA TV-yə Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov deyib.
 
İcra hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri olan Səməd İslamov bildirib ki, indiyədək boşaldılmış 26 hektar ərazinin 90 faizinin yaşıllıq sahəsi olması nəzərdə tutulub: "Bu ilin avqustun 4-də ölkə başçısı cənab İlham Əliyev "Sovetski" adlandırdığımız ərazidə yeni yol infrastrukturunun təməlini qoyub. Həmin ərazidə ümumilikdə 26 hektar ərazi boşaldılıb. Boşaldılmış ərazinin 23 hektarında yaşıllıq sahələri, 3 hektarında isə yeni yolların salınması nəzərdə tutulub. Ümumilikdə həmin ərazidə 6,1 km uzunluğunda yolların yenidən qurulması planlaşdırılıb. Bu iş "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək" .
 
Səməd İslamovun sözlərinə görə, "Sovetski"nin köçürülməsində fasilə yarandığı barədə fikirlər yanlışdır və proses mərhələli şəkildə davam etdirilir: "Köçürmə Komissiyası əvvəlki qaydada bu ərazidə yaşayan və evlərini satmaq arzusunda olan sakinləri hər həftənin ikinci və beşinci günləri qəbul edir. Satınalmaları həyata keçiririk. Yeni ərazinin köçürülməsi ilə əlaqədar görüləcək işləri üç mərhələyə bölmüşük. Bu üç mərhələ ümumilikdə 2060 yaşayış və qeyri-yaşayış sahəsini əhatə edir. Söhbət 17 hektar ərazidən söhbət gedir. Birinci mərhələdə "Nizami" metrosunun arxasından "Nərimanov" prospektinə qədər, Balababa Məcidov, Fuad İbrahimbəyov küçələri və Nərimanov prospektinə düşən ərazinin köçürülməsi nəzərdə tutulur. İkinci mərhələdə isə Nərimanov prospektindən yuxarı, İsmayıl Qutqaşınlı küçəsinə qədər olan hissə köçürüləcək. Üçüncü mərhələni isə şərti olaraq "Təzə Pir" mərhələsi adlandırırıq. Bu mərhələdə köçürülmə Murtuza Muxtarov və  Nərimanov prospektini, Süleyman Tağızadə küçələrinədək olan ərazini əhatə edir".
 
Komissiya sədri əlavə edib ki, sözügedən ərazidəki mənzillərin artıq 90 faizinin tam invertarlaşdırma, ölçü və qiymətləndirmə işləri aparılıb: "Qarşıdakı mərhələdə vəsait ayrıldıqdan sonra bu insanların köçürülməsinə başlamağa hazırlaşırıq. Ümumilikdə isə görüləcək işlər bu üç mərhələdən ibarətdir. Gələcəkdə isə bundan əlavə 4600 mənzilin köçürülməsi məsələsi gündəmdədir. Burada isə söhbət 36 hektar ərazidən gedir. Bu ərazi ümumilikdə Səbail rayonu ilə sərhədimizdə, yəni Nizami küçəsi ərazisində yerləşir. Buradan başlayaraq Nərimanov prospektinə qədər ərazinin köçürülməsi nəzərdə tutulur".
 
Mənzillərin qiymətləndirilməsi məsələsinə gəldikdə Səməd İslamov qeyd edib ki, qiymətləndirmə prosesi aparılan monitorinqlərdən sonra müəyyənləşdirilir: "Hələ söküntü işlərinə başlamazdan əvvəl monitorinq apardıq. Notarial kontorlara sorğular verdik. Altı ayın nəticələrini götürdük və gördük ki, ümumiyyətlə " Sovetski" dediyimiz ərazidə kvadratmetri 1000 manatdan artıq heç bir mənzil satılmayıb. Son altı ayın göstəriciləri belədir. 1500 manat söhbəti isə bundan sonra müəyyənləşdirilib. Real qiymət 1000 manat olsa da, ölkə rəhbərliyi hər kvadratmetrə 1500 manat qiymət qoyulmasına icazə verdi. Bizim  "Azərekspert" müstəqil təşkilatı ilə müqaviləmiz var. Onlar mütəmadi olaraq öz hüquqşünasları, qiymətləndiriciləri ilə monitorinq aparırlar. Manatın dollar qarşısında dəyər itirməsindən sonra Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər artmayıb. Əksinə düşüb. Ötən araşdırmalardan sonra da məlum olub ki, mənzillərin qiyməti 25% faiz ucuzlaşıb. Bizim ərazimizdə, yəni söhbət Yasamal rayonundan gedirsə, hətta hündürmərtəbəli binada təmirli evlərin 1 kvadratmetrini 1200-1300 manata almaq mümkündür".
 
Səməd İslamov deyir ki, mənzil sahəsi az olan sakinlər isə onlara verilən vəsaitə ev ala bilmir: "Sakin 20-30 kvadratmetrə görə aldığı vəsaitə burada 1-2 otaqlı mənzillər ala bilmir. Çünki bir otaqlı mənzilin sahəsi 70-80  kvadratmetrdir. Ona görə də uyğun mənzillər axtarmalıdırlar”.
 
Komissiya sədri qeyd edib ki, köçürülmə prosesində yaşanan ən mühüm problem  qeydiyyatda olan insanların çıxarılması ilə əlaqədardır: "Əvvəllər belə söhbətlər gəzirdi ki, guya qiymətləndirmə mənzildə qeydiyyatı olan insanların sayına görə təyin ediləcək. Mülk sahibləri də xeyli sayda insanları, qohum və yaxınlarını öz mənzillərinə qeydiyyata salmışdılar. Bu gün isə həmin mülk sahibləri qeydiyyat problemlərinə görə əziyyət çəkirlər. Çünki 20 kvadratmetr mənzildə 30 nəfər qeydiyyatdadır. Heç onların yerləri də məlum deyil və onlar artıq mənzil sahiblərinə qarşı iddialarla çıxış edirlər ki, bizə də vəsait ödənilsin. Vətəndaş köçmək istəyir, amma bugünkü qanunvericiliklə qeydiyyatda olan insanların hamısı alqı-satqı prosesinə razılıq imzası verməlidir. Bu isə artıq müşkülə çevrilib. Bu məsələ ilə bağlı komissiyamızın tərkibində hüquqi yardım qrupu da fəaliyyət göstərir. Hüquqi baxımdan məsələ araşdırıldıqdan sonra sakinlər alqı-satqı edə bilirlər". 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

200 manatlıq əsginaslar dövriyyəyə buraxılarsa... - RƏY

20 Sentyabr 2017 18:43

Qarın bölgəsindəki artıq yağlara SON

20 Sentyabr 2017 18:43

80 yaşlı kişi qəza törətdi: 3 nəfər yaralandı

20 Sentyabr 2017 18:40

Xaçmazda meşə yanğını başlayıb

20 Sentyabr 2017 18:39

Ekoloji qanunvericiliyi pozanlar 45 min manat məbləğində cərimələnib

20 Sentyabr 2017 18:37

Azərbaycan Prezidenti Malta dövlət başçısını təbrik edib

20 Sentyabr 2017 18:37

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

20 Sentyabr 2017 18:35

Tələbələr üçün ən rahat və asan iş imkanları - FOTOLAR

20 Sentyabr 2017 18:33

Azərbaycan Prezidenti Meksika xalqına başsağlığı verib

20 Sentyabr 2017 18:32

"Azərbaycanda bütün fundamental azadlıq tam təmin edilir" - İlham Əliyev

20 Sentyabr 2017 18:29

CEV-in vitse-prezidenti: “Cümə günü Bakıda anşlaq gözləyirik"

20 Sentyabr 2017 18:27

Emin Mehdiyev: “Yalnız qələbə haqda düşünməliyik"

20 Sentyabr 2017 18:27

Çempionlar Liqasının finalı bu şəhərdə keçiriləcək - SON QƏRAR

20 Sentyabr 2017 18:23

SON DƏQİQƏ: Xaçmaz meşələri yanır

20 Sentyabr 2017 18:21

"Neftçi" qələbə ilə başladı

20 Sentyabr 2017 18:19

Murad Bozla Aslı Enverin romantik rəqsi – VİDEO

20 Sentyabr 2017 18:18

Afaq Aslan bu dəfə “Yataqxana”da: “Seksual...” - FOTOLAR

20 Sentyabr 2017 18:18

Ermənistan 25 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır

20 Sentyabr 2017 18:18

UEFA Supek Kuboku İstanbulda keçiriləcək

20 Sentyabr 2017 18:14

Rusiya referendumla bağlı səssizliyini pozdu

20 Sentyabr 2017 18:14

Prezident İlham Əliyev: "Ermənistan danışıqlardan yayınır"

20 Sentyabr 2017 18:12

İlham Əliyev Malta Prezidentini təbrik edib

20 Sentyabr 2017 18:10

Xaçmazda meşədə yanğın başladı

20 Sentyabr 2017 18:08

Azərbaycan Xarici İşlər Nazirliyinin binası qarşısında tələbələr etirazını bildiriblər

20 Sentyabr 2017 18:07

Mərkəzi Bank sabaha olan məzənnəni

20 Sentyabr 2017 18:07

Prezident BMT tribunasından Ermənistanı işğalçı adlandırdı

20 Sentyabr 2017 18:04

2019-cu ildə UEFA Super Kuboku uğrunda oyun İstanbul şəhərində keçiriləcək

20 Sentyabr 2017 18:02

İlham Əliyev meksikalı həmkarına başsağlığı verib

20 Sentyabr 2017 18:02

Rusiya və Azərbaycan hərbi dənizçilərinin işçi görüşü olub

20 Sentyabr 2017 17:59

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi

20 Sentyabr 2017 17:58

İlham Əliyev BMT-də Zəhranın qətlindən danışdı - CANLI YAYIM

20 Sentyabr 2017 17:58

“Soyqırımı abidəsi”nə baş əyən azərbaycanlı nazirdən etiraz yaradacaq YENİ ADDIM: Lütfi Zadəyə... - FOTO

20 Sentyabr 2017 17:58

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 17:58

Azərbaycanda daha 21 İKT layihəsinə dövlət qrantı ayrılıb

20 Sentyabr 2017 17:57

Emin Mahmudov: "Bizə qələbə qazanmaq lazımdır”

20 Sentyabr 2017 17:57

Samir Abasov "Voyvodina"nın düşərgəsində

20 Sentyabr 2017 17:57

“İŞİD”in əlindən alınan 2 azərbaycanlı uşaq Bağdatda kimsəsiz qalıb - VİDEO

20 Sentyabr 2017 17:54

"AÇG"-nin dərin hissələrindən qaz hasilatına 2019-cu ildə başlanacaq

20 Sentyabr 2017 17:52

Prezident İlham Əliyev Meksikanın dövlət başçısına başsağlığı verib

20 Sentyabr 2017 17:52

Əli Ömərov YAP-dan istefa verdi

20 Sentyabr 2017 17:49

Metbuat.az-ın işıqlandırdığı problem həllini tapdı

20 Sentyabr 2017 17:49

“Onların dəstəyi olmasaydı...” - Kiyevdə yeni Maydanı kimlər TƏŞKİL EDİR?

20 Sentyabr 2017 17:48

London Brüsselə "Brexit"ə görə 20 mlrd. avro ödəməyə razıdır

20 Sentyabr 2017 17:47

Azəri-Çıraq-Günəşliyə neçə milyard dollar yatırılacaq? - RƏSMİ RƏQƏM

20 Sentyabr 2017 17:44

Bir neçə sənətçimiz işdən çıxaraq ölkəni TƏRK ETDİ

20 Sentyabr 2017 17:43

“Bank Standard”ın kreditorları Prezidentə və Birinci vitse-prezidentə müraciət edib

20 Sentyabr 2017 17:42

“Ümid” yatağındakı 10 saylı quyuda yüksək hasilat bərpa edilib

20 Sentyabr 2017 17:42

Köynəklərinizi bu üsulla ütüləyin

20 Sentyabr 2017 17:39

ABŞ-ın “Pi” startapı tamamilə simsiz enerjidoldurma stansiyası yaradıb

20 Sentyabr 2017 17:35

Bakıda minə yaxın küçə iti sığınacağa verilib - RƏSMİ

20 Sentyabr 2017 17:34