İllik təhsil haqqı 80 min dollar olan, dərsdə yatmağa və yeməyə icazə verən... məktəblər

İllik təhsil haqqı 80 min dollar olan, dərsdə yatmağa və yeməyə icazə verən... məktəblər
16:03 5 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

"Ginnesin Rekordlar Kitabı" dünyanın ən qədim universiteti olaraq Mərakeşin Fəs şəhərində yerləşən Əl-Qarauin universitetini qeydə alıb. Universitet 959-cu ildə Fatimə və Məryəm əl-Fəhri bacılarının maliyyəsi ilə tikilib.

Dünyanın 123 ölkəsində dərs ili 1 sentybarda, 43 ölkədə 1 yanvarda və 16 ölkədə 1 martda başlayır.

Çexiyada "5" ən pis, "1" isə ən yaxşı qiymət sayılır. Fransada 20 ballıq, Çində isə 100 ballıq qiymətləndirmə sistemi mövcuddur. Norveçdə 8-ci sinfə qədər şagirdlərə qiymət yazılmır.

Hindistandakı məktəblərdən birində 28 min şagird təhsil alır. Ən bahalı məktəb isə Londonda yerləşən "Beynəlxalq ledi və centelmenlər məktəbi" sayılır. Burada illik təhsil haqqı 80 min dolları keçir.

Finlandiyada dərsdə müəllimlə yanaşı, müəllim köməkçisi də olur. Müəllim şagirdin istəyi olmadan ondan dərs soruşa, yaxud lövhəyə çıxara bilməz.

Finlandiya məktəblilərinin nüfuzlu PİSA təşkilatının reytinqində dünya üzrə birinci yerdə dayanır.

2003-cü ildə avstraliyalı müəllim tarixin ən uzun dərsini keçmişdi. Həmin dərs 54 saata qədər davam etmişdi.

Çində dərsdən qabaq bütün şagirdlər mütləq şəkildə idman edir və açıq havaya çıxır. Bundan başqa, onlara dərsdə yatmaq və yemək yeməyə icazə verilir.

Belçikada qazlaşdırılmış su texnologiyasından istifadəyə qədər şagirdlərə pivə verilirdi. (modern.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/171067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR