Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi azalır

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi azalır
16:12 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi sentyabrın 1-nə 6 326,1 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, nağd pul kütləsinin həcmi ardıcıl olaraq 6 aylıq artımdan sonra ilk dəfə azalma göstərib. Belə ki, keçən ayla müqayisədə azalma 116,3 mln. manat və ya 1,8% təşkil edib. İlin əvvəli ilə müqayisədə nağd pulun həcmi 909,3 mln. manat və ya 16,79%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 207,6 mln. manat və ya 3,39% artıb.
Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyulunda (11 144,4 mln. manat) qeydə alınıb. Sentyabrın 1-nə açıqlanan göstərici tarixi maksimal həddən 4 818,3 mln. manat və ya 43,23% aşağıdır.
"Report" agentliyinin analitik qrupu dövriyyədə olan nağd pul həcminin yavaş tempdə azalmağa davam edəcəyini proqnozlaşdırır. Buna səbəb AMB-nin hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiya etmək niyyətidir. Bununla yanaşı qiymətli kağızlar bazarında istiqraz satışı da dövriyyədə olan nağd pul kütləsibnin azalmasına təsir edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-dovriyyede-olan-nagd-pul-kutlesi-azalir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR