"Bakıya dəvət edin, gələk" - "Lale devri"nin aktrisası

"Bakıya dəvət edin, gələk" - "Lale devri"nin aktrisası
16:16 5 Oktyabr 2016
58 Şou
Ölkə mətbuatı
A- A+

"Lalə dövrü" ("Lale devri") serialı ilə tanınan aktrisa Selen Soyder ARB TV-nin "Türk şou-maqazin" verilişinə maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, "Toprak" obrazı ilə sevilən aktrisa Bakıya gəlmək istədiyini bildirib:

"Bakıya və Azərbaycana sevgilərimi çatdırıram. Hamınızı çox sevirəm. Bakıda heç olmamışam, amma azərbaycanlı dostlarım var. İnşallah, Bakıya gələcəm. Dəvət edin, gələk. Hələ ki, dəvət almamışam. Ola bilər ki, dəvətsiz də gəlim".

Məşhur aktrisa, hal-hazırda çəkildiyi "Hangimiz sevmedik" serialı haqda da danışıb:

"Çox gərgin biri deyiləm, amma çəkilişlərdə, zaman-zaman, gərginlik olur. Normalda çox ciddi rejimdə çalışıram. Serialdakı rolumda qapı qonşuma aşiqəm. Uşaqlıqdan bir yerdə böyüyüblər, amma valideynləri bir-birilərinə düşməndir. Əslində, onlar da keçmişdə sevgili olublar. Amma mənim-Tarıkın bundan xəbəri yoxdur. Ailələrimiz Itırla Tarıkın, yəni bizim evli olduğumuzu bilmirlər. Yəni ki, oyun içində oyun olan serialdır. Sirlərlə doludur".

Selen Soyder real həyatda belə bir vəziyyətə düşərsə, nə edəcəyini də açıqlayıb:

"Bunu gec öyrəndiyim üçün kədərlənərəm. Amma keçmişi dəyişdirmək olmur, gələcəyə baxmaq lazımdır".

Daha sonra aktrisa hobbilərindən də söz açıb:
"Meditasiya edirəm. Yorğunluğumu çıxarıram. Neqativi atmağa çalışıram".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR