“Panasonic” şirkəti gözəgörünməz televizor təqdim edib

“Panasonic” şirkəti gözəgörünməz televizor təqdim edib
16:35 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Panasonic” şirkəti “OLED” texnologiyası əsasında hazırlanmış şəffaf televizorun yeni versiyasını təqdim edib. Qurğu şkafın qapısına qurulub və adi şüşəyə oxşayır. Bu halda displeyin arxa tərəfi işıqlı olduğu halda da təsvirin keyfiyyəti dəqiqdir. Ekranın arxa tərəfi qaranlıq olduqda təsvir keyfiyyət üzrə standart qurğularla rəqabət edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, şirkət bundan əvvəl istifadəçilərə şəffaf displey nümayiş etdirib, amma təsvirin keyfiyyəti aşağı olub və  parlaq işıqda təsviri, ümumiyyətlə, ayırd etmək qeyri-mümkün idi.

Şirkətin nümayəndələri “Engadget” nəşrinə bildiriblər ki, bir neçə il ərzində texnologiyanı inkişaf etdirməyi planlaşdırırlar və 3 il sonra şəffaf ekranlar satışa çıxarılacaq.

Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR