Bakıda bacısını öldürən şəxsə HÖKM OXUNDU

Bakıda bacısını öldürən şəxsə HÖKM OXUNDU
16:42 5 Oktyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Seyid Mirəli Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il aprel ayının 8-də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Seyid Mirəli Cavadov bacısı, 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb. İ.Cavadova aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. M.Cavadov isə qohumları tərəfindən xəstəxanaya aparılıb.

Hadisəni törədən Seyid Mirəli Cavadov həbs olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR