“Caspian European Club”un İdarə Heyətinin yeni tərkibi elan edilib

“Caspian European Club”un İdarə Heyətinin yeni tərkibi elan edilib
17:07 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün “Caspian European Club”un (Caspian Business Club) İdarə Heyətinin yeni tərkibinin ilk iclası keçirilib.
“Report”a “Caspian European Club”dan verilən məlumata görə, iclasa sədrlik edən “Business Club”un sədrinin birinci müavini, baş icraçı direktor Telman Əliyev yeni üzvlərin seçilməsi münasibətilə İdarə Heyətini təbrik edərək, 2017-ci ilin payızınadək həyata keçirilməsi mütləq olan strategiya, yeni layihə və vəzifələr barədə danışıb.
“Caspian European Banking Club”, “Caspian European Tourism Club” və “Caspian European Auto Club”a rəhbərlik etmək üçün iştirakçılardan heç kim yetərli miqdarda səs toplamayıb. Gənc sahibkarlarla iş üzrə komitənin rəhbər vəzifəsi də vakant olaraq qalıb.
T.Əliyevin sözlərinə görə, ayda iki dəfə sahə klublarının prezidentlərinin sədrliyi ilə dəyirmi masa formatında klubların iclasları təşkil olunacaq: “Dövlət qurumlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək bu görüşlər çərçivəsində şirkət rəhbərləri fəaliyyətləri, problemləri və onların həlli yolları barədə məlumat veriləcək. 2017-ci ildə “Business Club” 5 illik yubileyini qeyd edəcək. Bundan əlavə, gələn ilin martında “Caspian Energy” jurnalının 100-cü nömrəsi nəşr ediləcək. İdarə Heyətinin üzvlərinin təklifinə görə, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin prezidentləri və baş nazirləri ilə görüşlər yenidən bərpa ediləcək. Əsas diqqət Azərbaycan, Qazaxıstan və Gürcüstanın dövlət qurumları ilə birgə biznes-forumların təşkilinə yönəldiləcək. Həmin biznes-forumların işində “Business Club”a üzv şirkət rəhbərləri ilə bərabər həmin ölkələrdə təmsil olunan diplomatik korpus nümayəndələri, beynəlxalq maliyyə institutlarının və profil assosiasiyaların nümayəndələri də fəal iştirak edirlər”.
T.Əliyev dekabrın 7-də Bakıda təşkil olunacaq və dünyanın müxtəlif ölkələrindən 300-dən artıq deleqatın toplaşacağı “Caspian Energy Forum-2016”nı klub çərçivəsində bu ilin əlamətdar hadisəsi adlandırıb: “Sözügedən forum Azərbaycanda keçirilən islahatların ilkin nəticələrinə həsr olunacaq. Forumun açılışında Azərbaycan Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevin iştirakı gözlənilir. Tədbirdə dövlət başçısına “İlin islahatçısı” nominasiyasında beynəlxalq “Caspian Energy Award-2016” mükafatı təqdim olunacaq. İdarə Heyətinin üzvlərini sponsor və spiker qismində forumda iştirak etməyə dəvət edirəm”.
Tədbirin sonunda İdarə Heyətinin üzvləri açıq səsvermə yolu ilə sahə klublarının və işçi komitələrin yeni rəhbərlərini seçib.
“Business Club”un tərkibinə daxil olan sahə klubları və işçi komitələri:
1. Caspian European Investment Club - Aydın Dəmirçi
2. Caspian European Oil&Gas Club - Şükür Ağazadə
3. Caspian European Energy Club – Rüstəm Qasımov
4. Caspian European Industry Club – Sərxan Babayev
5. Caspian European Construction Club - Göksel Aybek
6. Caspian European Transport Club - Rəşad Abbasov
7. Caspian European Tourism Club
8. Caspian European IT Club - Cabir Cümşüdov
9. Caspian European Telecommunication Club - Sabinə Məmmədli
10. Caspian European Medical Club - Vüqar Eyvazov
11. Caspian European Education Club - Elşən Rəhimov
12. Caspian European Agroindustry and FMCG Club - Elşad Rəsulov
13. Caspian European Finance Club - Anar Bayramov
14. Caspian European Banking Club
15. Caspian European Insurance Club - Aydın Rəhmanov
16. Caspian European Auto Club
17. Caspian European Services Club - İlgar Axundov
18. Caspian European Law Club - Samir Hacıyev
“Caspian European Club”un tərkibinə daxil olan işçi komitələri:
19. Tax & Customs Committee - Mustafa Abbasbəyli
20. Migration & Visas Committee - Vüqar Ramazanov
21. HR&Labor Committee - Əbülfəz Hacıyev
22. Corporate Social Responsibility Committee - Məmməd Abbasbəyli
23. Women Entrepreneurs Committee – Fatimə Aslan
24. SME (Small & Medium Entrepreneurs) Committee - Kamaləddin Mənsimov
25. Innovation Technologies Committee - Samir Qasımov
26. Security Committee - Anar Gülməmmədov
Qeyd edək ki, İdarə Heyətinə seçkilər iyunun 13-dən sentyabrın 13-dək Klubun saytında keçirilib. Səsvermə hüququna yalnız qeydiyyatdan keçmiş iştirakçılar – “Caspian European Club”un üzvləri sahib idilər. Bundan əlavə, 1 mindən çox səs toplamış hər bir namizəd “Business Club”un İdarə Heyətinin tərkibinə daxil olmaq imkanı əldə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/caspian-european-club-un-i-dare-heyetinin-yeni-terkibi-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR