DİN vətəndaşın döyülərək boynuna cinayət qoyulması barədə iddialara münasibət bildirib

DİN vətəndaşın döyülərək boynuna cinayət qoyulması barədə iddialara münasibət bildirib
17:07 5 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) bəzi saytlarda Bakı şəhər sakini Araz Orucovun törətmədiyi cinayəti polis bölməsində fiziki təzyiq nəticəsində boynuna götürməsi barədə səsləndirdiyi iddialara münasibət bildirib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Report”a bildirib ki, bir sıra saytlarda və xəbər portallarında A.Orucovun törətmədiyi cinayəti polis bölməsində guya fiziki təzyiq nəticəsində boynuna götürməsi barədə səsləndirdiyi iddiaların heç bir hüquqi əsası yoxdur: “Araz Orucovun bəhs etdiyi cinayət işi Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanıb. Hadisənin törədilməsində şübhəli bilinənlərin-Araz Orucovun və Elvin Qarayevin ilkin etirafedici ifadələri, ifadələrinin yerində yoxlanması protokolları və bu zaman çəkilmiş fotoşəkilər, həmçinin zərərçəkmiş şəxslərin ifadələri əsasında 10 may 2015-ci il tarixdə müstəntiq tərəfindən Araz Orucov Cinayət Məcəlləsinin 181.2.1. və 181.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Ona həmin maddələr ilə ittiham elan edilərək Xətai rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Yeri gəlmişkən, Elvin Qarayev və qardaşı Elsevər ötən ilin fevralın və mayın əvvəllərində Xətai rayonu ərazisində digər quldurluq və oğurluq hadisələri də törədiblər. Lakin istintaqın sonrakı mərhələsində qeyd olunan quldurluq faktı üzrə Elvin Qarayevin və Araz Orucovun əməlində cinayət tərkibi müəyyən edilmədiyi, həmin epizodlar üzrə onlara elan olunmuş ittiihamların sübuta yetirilmədiyi məlum olub. Bu səbəbdən baş müstəntiq R.Almazovun qərarı ilə A.Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilib və o, həbsdən azad olunub, Elvin və Elsevər Qarayevlərin CM-nin oğurluq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi isə baxılması üçün Xətai rayon məhkəməsinə göndərilib”.
O.Mansurzadə vurğulayıb ki, yazılanların əksinə olaraq, A.Orucuvun təqsirli bilindiyi cinayəti hələlik açmaq mümkün olmadığından bu işdə kimlərinsə tutulması barədə səslənmiş fikirlər də həqiqətdən uzaqdır. Təbii ki, iş olan yerdə nöqsan da olur: “Əməliyyat-xidməti və istintaq fəaliyyəti də bu baxımdan istisna deyil. Elə DİN rəhbərliyinin ciddi nəzarəti və tələbkarlığı nəticəsində insan hüquqlarını pozan, xidməti vəzifələrinə səhlənkar yanaşan hər il neçə-neçə əməkdaş intizam məsuliyyətinə cəlb edilir, DİO-dan xaric edilməyədək sərt şəkildə cəzalandırılır. Onlardan biri də Xətai RPİ-nin adıçəkilən müstəntiqidir. İşdə yol verdiyi ciddi nöqsanlara və digər xidməti qəbahətlərə görə baş müstəntiq Raciv Almazov Nazirliyin rəhbərliyi tərəfindən tutduğu vəzifədən azad edilib.
Araz Orucovun 37-ci PB-nin əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi ərizə əsasında Xətai rayon prokurorluğu tərəfindən araşdırma aparılıb, toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından 13 noyabr 2015-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunub. Bundan əlavə, polis orqanlarının bütün müvəqqəti saxlama yerlərinə nazirliyin rəhbərliyi, prokurorluq, Ombudsman Aparatı tərəfindən, həmçinin aidiyyatı QHT-lər tərəfindən nəzarət ciddi olduğuna görə həmin məkanlarda istənilən vətəndaşa qarşı hər hansı fiziki təsirin göstərilməsi praktiki cəhətdən mümkünsüzdür. Göründüyü kimi, A.Orucovun şikayətini rayon prokurorluğu təqribən bir il öncə araşdırıb və sonuncunun işgəncə ilə bağlı iddiaları təsdiqini tapmayıb. Prokurorluğun həmin araşdırmasının üstündən təqribən 1 il, A.Orucovun həbsdən buraxılmasından təxminən 5 ay keçdikdən sonra rəsmi qurumlar tərəfindən təsdiq olunmayan, ictimai fikri çaşdırmağa yönəlmiş işgəncə məsələsinin az qala dünən baş vermiş hadisə kimi yenidən "Azadlıq Radiosu" tərəfindən zorla gündəmə gətirilməsinin səbəbi yaxşı məlumdur. Bu radio və eyni adlı mətbu orqanın Azərbaycan iqtidarının qazandığı bütün uğurlara qısqanclıqla yanaşması və onları görməzdən gəlməsi, dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının nüfuzdan salınmasına hesablanmış, bəlli çevrələrin sifarişi əsasında “qara piar”ı həyata keçirməsi heç kim üçün sirr deyil.
Lakin təəssüfləndirici olduğu qədər düşündürücü məqam bir müstəntiq səhlənkarlığının qurbanı olmuş şəxsin heç bir rəsmi qurumla dəqiqləşdirilməmiş, polisin nüfuzunu zədələməyə yönəlik olması elə ilk baxışdaca sezilən məlum fikirlərini “Azadlıq Radiosu”ndan tələm-tələsik götürərək özlərini müstəqil və ciddi adlandıran, dövlətçiliyə xidmət etdiklərini vurğulamaqdan usanmayan bəzi sayt və portalların həmin iddialara bunca səxavətlə yer ayırmasıdır və bu, bəzilərinin iddia etdikləri kimi, heç də sırf "jurnalist marağı"dan irəli gəlmir. Tamamilə aydındır ki, ölkəmizin müstəqil siyasət yeritməsini, onun uğurlarını, yaradılmış sabitliyi gözləri götürməyən məlum dairələrin və onların bu məqsədlə formalaşdırmağa çalışdıqları “beşinci kalon”un maraqlarının müdafiəçisi olan, söz və mətbu azadlığından fon kimi yararlanan bəzi KİV-lər əslində aranı qatmaq, vətəndaşlarda dövlətə və hüquq-mühafizə orqanlarına inamsızlıq yaratmaq istəyirlər. Xüsusən polis orqanlarını gözdən salmağa hesablanmış belə qarayaxmalar, yoxlanılmamış məlumatların sözügedən KİV-lərdə yayılması ilk dəfə deyil.
Yeri gəlmişkən, A.Orucovun anası Aygün Rüstəmovanın evini satdıraraq oğlunu guya həbsdən azad etdirəcəyi adı ilə onun 22.000 manatını dələduzluq yolu ilə mənimsəmiş Şahin Qulisoy Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 11 dilənçi saxlanılıb

23 Sentyabr 2017 11:44

Hafız Hacıyev avtoşluq etdiyi üçün saxlanılan "qızı"ndan DANIŞDI: "Mənim..."

23 Sentyabr 2017 11:43

Ehtiraslı rəqslər, göz yaşı və 30 İLLİK TARİX: Aygünün konsertində BAŞ VERƏNLƏR - FOTO/VİDEO

23 Sentyabr 2017 11:38

Həftənin matçı: 3:0 məğlub olduğu halda...

23 Sentyabr 2017 11:38

Azərbaycan neftinin qiyməti 59 dolları keçib

23 Sentyabr 2017 11:37

“Xiaomi Mi 7” smartfonu simsiz enerjidoldurmanı dəstəkləyəcək

23 Sentyabr 2017 11:35

Ağcabədidə traktorla avtomobil toqquşub: ölən var

23 Sentyabr 2017 11:34

Nalbandyan həmsədrlərlə görüşdü

23 Sentyabr 2017 11:29

Yeltsinin transeksual övladı Putini devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-a MÜRACİƏT

23 Sentyabr 2017 11:28

Bu gün voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçiriləcək

23 Sentyabr 2017 11:27

Bakıda taksidən mobil telefon oğurlanıb

23 Sentyabr 2017 11:27

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

23 Sentyabr 2017 11:24

“WhatsApp”la bağlı YENİLİK

23 Sentyabr 2017 11:24

"Falçı Səkinə"nin məhkəməsində zərərçəkmiş ifadə verib: "Balam şikəst qaldı, məni sağaldardın da"

23 Sentyabr 2017 11:22

Məşhur milyarder qızına 350 minlik hədiyyə aldı - FOTO

23 Sentyabr 2017 11:18

Dodaq uçuğuna səbəb bu virusdur

23 Sentyabr 2017 11:17

"Nobel"i Merkel yox, Ərdoğan almalıdır

23 Sentyabr 2017 11:15

Röya jurnalistlərlə görüşəcək

23 Sentyabr 2017 11:15

Ərdoğanın İrana səfər tarixi açıqlandı

23 Sentyabr 2017 11:13

Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

23 Sentyabr 2017 11:07

Elgiz verilişdən qovuldu - QALMAQAL

23 Sentyabr 2017 11:04

“Rusiya ssenarisi” RƏDD EDİLDİ: sülhməramlılar...

23 Sentyabr 2017 11:03

İstanbulun bələdiyyə başçısı istefa verdi

23 Sentyabr 2017 11:03

Türkiyə prezidentinin İrana səfərinin tarixi açıqlanıb

23 Sentyabr 2017 11:02

Hər kəsin gözlədiyi DERBİ

23 Sentyabr 2017 10:58

Polad Ələmdar "Kurtlar Vadisi Pusu"nun BAŞLAYACAĞI VAXTI AÇIQLADI - VİDEO

23 Sentyabr 2017 10:53

"Binə" Ticarət Mərkəzindən 13 min manatlıq oğurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

23 Sentyabr 2017 10:52

Yutubdan vacib yenilik

23 Sentyabr 2017 10:48

Qızıl bahalaşdı

23 Sentyabr 2017 10:45

Tarkandan Rusiyaya GÖZLƏNİLMƏZ JEST - FOTO

23 Sentyabr 2017 10:38

Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək

23 Sentyabr 2017 10:37

Barmaq izinin tanınması sistemlərində boşluqları aşkarlayacaq süni barmaq yaradılıb

23 Sentyabr 2017 10:35

“Google Play” servisi əlavələr üçün böyük platformaya çevrilib

23 Sentyabr 2017 10:35

“Referendum qeyri-qanunidir və qəbul edilə bilməz”

23 Sentyabr 2017 10:35

57 yaşlı əməkdar artistə elçi gəldi: “Kişi xaricidir” – VİDEO - FOTO

23 Sentyabr 2017 10:34

Dünya birjalarında neft

23 Sentyabr 2017 10:34

20 min əsgər SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə BAŞLAYA BİLƏR

23 Sentyabr 2017 10:33

Bakıda arvadını xüsusi amansızlıqla öldürmək istəyən şəxs apellyasiya şikayəti verib

23 Sentyabr 2017 10:32

Təmizlik işləri görməklə çəki ata bilərsiniz

23 Sentyabr 2017 10:30

Bu ölkələr çaylarımızı çirkləndirib

23 Sentyabr 2017 10:28

“Bayer” doğma meydanda xal itirdi

23 Sentyabr 2017 10:19

ABŞ-a qarşı savaş andı içdilər - MÜHARİBƏ YAXINLAŞIR

23 Sentyabr 2017 10:18

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 10:14

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək

23 Sentyabr 2017 10:12

Kənd təsərrüfatı naziri Salyanda yeni istifadəyə verilmiş pambıq qəbulu məntəqəsində olub

23 Sentyabr 2017 10:07

Son 10 gündə çayların sululuq səviyyəsi

23 Sentyabr 2017 10:06

Heç yerdə görmədiyiniz NADİR TARİXİ FOTOLAR

23 Sentyabr 2017 10:03

Prokuror bacısına mesaj yazdığına görə 21 yaşlı gənci öldürən şəxsin hökmündən protest verib

23 Sentyabr 2017 10:02

Elgiz Əkbər işdən qovuldu

23 Sentyabr 2017 10:02

Böyük "Youtube" kanalı olanlara PİS XƏBƏR VAR

23 Sentyabr 2017 09:59