"Taliban" Əfqanıstanın şimalındakı şəhəri ələ keçirib

"Taliban" Əfqanıstanın şimalındakı şəhəri ələ keçirib
17:17 5 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Terrorçu "Taliban" hərakatı Əfqanıstanın şimalında yerləşən Kunduz şəhərini ələ keçirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bir neçə dövlət binası istisna olmaqla terorçular Kunduz şəhərinə tam nəzarət edirlər.
Hökumət qüvvələrinin nəzarətində yalnız İcra hakimiyyəti və Milli Təhlükəsizlik İdarəsinin binaları qalıb. Hökumət qüvvələri ilə "Taliban" silahlılar arasında döyüşün davam etdiyi haqda məlumatlar da var.
Xəbər görə, bu şəhər 2015-c i ildə "Taliban"ın əlinə keçsə də, onda Əfqanıstan ordusu onları şəhərdən təmizləyə bilmişdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/taliban-efqanistanin-simalindaki-seheri-ele-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR