Azərbaycanın xarici işlər naziri makedoniyalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri makedoniyalı həmkarı ilə görüşüb
17:22 5 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov makedoniyalı həmkarı Nikola Poposki ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Makedoniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. İki ölkə arasında enerji, nəqliyyat və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycanin-xarici-isler-naziri-makedoniyali-hemkari-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR