Meşədə baş verən qətllə bağlı prosesdə məhkəmə istintaqı başa çatdı

Meşədə baş verən qətllə bağlı prosesdə məhkəmə istintaqı başa çatdı
17:29 5 Oktyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

 

 Kafedə yeyib içdikdən sonra tanışlarını öldürməkdə təqsirləndirilən Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Nizami İsmayılovun vəkili müdafiə etdiyi şəxs barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Hakim bildirib ki, məhkəmə istintaqı başa çatdıqdan sonra bu vəsatətə münasibət bildiriləcək. Prosesdə sənədlərin tədbiqi mərhələsi keçirilib. Məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

 

Proses oktyabrın 12-də davam edəcək.

 

Qeyd edək ki, keçən il Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib. Hadisədən 5 ay sonra həmin şəxsi Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü V.Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü V.Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü N.İsmayılovun öldürdüyü bəlli olub.

Onların istintaqa verdiyi ilkin ifadələrindən məlum olub ki, qətli törədən şəxslər X.Nadirovla birlikdə ötən il sentyabrın 6-da saat 22:00 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafedə yeyib-içiblər. Bundan sonra dostlar arasında mübahisə yaranıb və V.Mirzəyev, V.Qədiyev və N.İsmayılov X.Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada onu qətlə yetiriblər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR