Şirvan Milli Parkı ərazisində partlamamış hərbi sursatlar aşkarlanıb

Şirvan Milli Parkı ərazisində partlamamış hərbi sursatlar aşkarlanıb
17:37 5 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Salyan rayonunun Şirvan Milli Parkı ərazisində 3 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, Salyan rayonunun Şirvan Milli Parkı ərazisində 3 ədəd partlamamış hərbi sursat - 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 140 mm-lik raket mərmisi (M-14 OF) və 1 ədəd 140 mm-lik raket mərmisinin (M-14 OF) döyüş başlığı aşkar edilərək götürülüb, nəticə olaraq 5 min kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik aprelin 7-dən oktyabrın 5-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 532 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.







Xəbərin orijinal ünvanı: http://report.az/herbi/sirvan-milli-parki-erazisinde-partlamamis-herbi-sursatlar-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR