14 il sonra bədəni yanan hamilə qadın qarnını nümayiş etdirdi - FOTO

14 il sonra bədəni yanan hamilə qadın qarnını nümayiş etdirdi - FOTO
17:42 5 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Dərisinin 80 faizi yanan hamilə qadın iftixarla qarnını göstərib.

Milli.Az publika.az-a istinadən bildirir ki, ABŞ-ın Florida ştatımda yaşayan 24 yaşlı Andrea Qrant adlı hamilə qadın bədənini nümayiş etdirib. Andrea uşaqlıqda dəhşətli faciə yaşayıb, hansı ki, onun nəticələrindən indiyə kimi mübarizə aparır.

O, 10 yaşında qardaşı ilə evdə tək qalıb. Həmin gün qaz sızması nəticəsində evdə yanğın baş verib. Qonşular Andrea və qardaşının evdən sağ çıxarmağa nail olub. Uzun müddət Andrea və onun qardaşı xəstəxanada müalicə edilib. Qızın bədəninin 80 faizi dəhşətli yanıq xəsarətləri alıb. Uşaqların ağrılarını təsəvvür etmək belə mümkün deyil. Hər iki uşaq möcüzə nəticəsində sağ qalıb. Normal həyata qayıtmaq, yaşıdları ilə ünsiyyətə girə bilmək üçün onlara uzun illər lazım olub.

Aydın məsələdir ki, qızın bədənində dəhşətli çapıqlar ömürlük qalacaq. Müasir dünyada insanlar bədənlərinə kiçik çapıq izi qalan kimi depressiyaya düşürlər. Amma Andrea "eybəcərliyini" gizlətməməyə qərar verib. Dərisinin 80 faizi yansa da, Andrea öz bədəni ilə barışıb. Amma bu, o demək deyil ki, qız əzab çəkməyib. Məsələ ondadır ki, yanğın zamanı onun daxili orqanları da ciddi xəsarət alıb. Bu, Andreanın sevgi münasibətlərinə də təsir edib. Andrea sevdiyi kişi ilə qarşılaşıb və hamilə qalıb. Lakin həkimlər qızı xəbərdarlıq ediblər ki, onun orqanizmi uşağa dözməyə qadir deyil. Onlar əmin idi ki, döl bir aydan çox yaşamayacaq.

Amma Andrea bu sınaqdan da qalib çıxa bilib. Həkimlərin qoyduğu müddət çoxdan keçsə də, uşaq da Andrea da indi özünü yaxşı hiss edir. Gələcək ana olduqca xoşbəxtdir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR