İqtisad Universitetinin tələbəsi bıçaqlanıb

İqtisad Universitetinin tələbəsi bıçaqlanıb
18:07 5 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda universitet tələbəsi bıçaqlanıb.
“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Məlumata görə, Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi 25-də yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2 saylı yataqxanasında yaşayan Sənan Quliyev döş nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
S.Quliyevi kimin bıçaqladığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/i-qtisad-universitetinin-telebesi-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR