Səkidə "qara dəlik" açıldı - Bakıda - FOTO

Səkidə "qara dəlik" açıldı - Bakıda - FOTO
18:22 5 Oktyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yenə yol çöküb, piyadalar üçün ciddi təhlükə yaranıb.

Binəqədi rayonu, 6-cı mkr, metronun "Nəsimi" stansiyasının girişində yerləşən yol bir həftəyə yaxındır çöksə də, təmir olunmayıb.

Milli.Az bildirir kİ, sakinlərin virtualaz.org-a verdiyi məlumata görə, həm də dayanacağın qarşısından keçən təhlükəli yolu nəinki təmir edən, heç təhlükə ilə bağlı hər hansı nişan qoyan da yoxdur.

"Bir neçə gün öncə yağan güclü yağışdan sonra səhər işə gedərkən buranı çökmüş gördük. Bura həm dayanacağın qarşısıdır, həm də metroya gedən yoldur, bir sözlə ümumişlək yoldur. Hər gün yüzlərlə adam keçib-gedir, yaxınlıqda məktəblər var. Hələ qaranlığı demirik, gündüz belə yaxınlığına çatmasan, yolun çökdüyü görünmür. Uşaq, böyük, kim düşsə, şikəst olacaq", - deyə sakinlər bildirirlər.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR