Keçmiş müdafiə naziri Putinin “Troya atı”na “minir”

Keçmiş müdafiə naziri Putinin “Troya atı”na “minir”
18:28 5 Oktyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın vəzifəsindən çıxarılan müdafiə naziri Seyran Ohanyan müxalifətə keçir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Məlumatlara görə, o, keçmiş deputat Viktor Dallakyanın yaratmaq istədiyi “Sınıq” partiyasına rəhbərlik edəcək.

“Ohanyanın Sarkisyandan ciddi narazılığı var. Bununla yanaşı, Dallakyan da hazırda iqtidar partiyasında təmsil olunsa da, onun tərəfdarları yeni partiyanın yaradılacağını təsdiqləyirlər. Dallakyan Ohanyanın sədrlik postuna razılıq verməsini gözləyir”, - deyə qəzet yazıb.

Qeyd edək ki, bundan əvvəl Dallakyanın müxalifətdə olan “İnkişaf naminə dönüş” partiyasına rəhbərlik edəcəyi deyilirdi. Görünür, o, fikrini dəyişərək, yeni partiya yaratmaq qərarına gəlib.

Ən diqqətçəkən məqam isə bu partiyanın Rusiya tərəfindən maliyyələşəcəyidir. Hətta artıq yaradılacaq partiyanın informasiya orqanı olacaq “politinfo.am” saytının yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilir.

Yeni ittifaq üçün “Qarabağ düsturu” – “Troya atı” işə düşdü

Ermənistanda hakim Respublika Partiyasının üzvü, keçmiş deputat Viktor Dallakyan yeni partiya yaratmağa hazırlaşır.

Ermənistan hakimiyyətinin daxilində baş verənləri şərh edən “lragir” saytı Rusiyanın yeni strategiya izlədiyini yazmışdı.

“Putin Ermənistan siyasətini yeniləyir. Hansı ki, aprel müharibəsindən sonra Ermənistandakı proseslər Kremlin ürəyincə olmadı. Ermənistan Rusiyanın forpostu rolunu oynayır. Lakin görünür, Kreml əlavə variantlar da hazırlayır. Əgər hakimiyyət yanlış yol tutarsa, onun yerinə gələ biləcək güc də Putinin əlində olmalıdır. Burada Rusiya-Türkiyə yaxınlaşması da özünü göstərir”, - deyə sayt yazmışdı.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR