Bakıda tələbə yataqxanasında bıçaqlanma

Bakıda tələbə yataqxanasında bıçaqlanma
18:29 5 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda universitet tələbəsi bıçaqlanıb. Lent.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Məlumata görə, Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi 25-də yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2 saylı yataqxanasında yaşayan Sənan Quliyev döş nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

S.Quliyevi kimin bıçaqladığı hələlik məlum deyil.

Faktla bağlı istintaq davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR