Dələduzluqda təqsirləndirilən iş adamının həbs müddəti uzadılmayıb

Dələduzluqda təqsirləndirilən iş adamının həbs müddəti uzadılmayıb
19:12 5 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Vüsal Abazərlinin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Bu barədə "Report"a vəkil Elvin Səlimov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Abazərlinin həbs müddətinin uzadılması ilə bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqinin vəsatəti və prokurorluğunun təqdimatı təmin edilməyib.
Qeyd edək ki, V.Abazərli ticarətlə məşğul olur. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Verilən ittihamda onun şəhər sakininə qarşı 319 min manat və 43 min dollar dələduzluq etdiyi bildirilib. Onun barəsində həbs qətimkan tədbirinin müddəti sabah başa çatır. Bu səbəbdən V.Abazərli oktyabrın 6-da azadlığa buraxılacaq. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR