Almaniya parlamentinin deputatları İncrilikdəki hərbi bazada olublar

Almaniya parlamentinin deputatları İncrilikdəki hərbi bazada olublar
19:37 5 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Alamniya Bundestaqı (Federal Məclisi) müdafiə komissiyasının üzvləri Türkiyəni İncirlik hərbi bazasında olublar.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, deputatlar hərbi bazadakı almaniyalı hərbçilərlə görüşüblər.
Komissiya sədrinin müavini Karl Lamers, deputatlar - Aqneşka Brugger, İnqo Gedişens, Florian Han, Rener Arnold, Karl Heinz Brunner və Alexander S. Neu bazadakı 200 almaniyalı hərbçini ziyarət edib.
Xatırladaq ki, iyunun 2-də Bundestaq 1915-ci ildə Osmanlı dövlətində ermənilərlə bağlı baş vermiş hadisə haqqında qətnamə qəbul edib. Bundan sonra iki dövlət arasında problem yaranıb. O vaxt hərbi bazaya almaniyalı deputatların girişinə təhlükəsizlik baxımından icazə verilməyib.
Bu il sentyabrın 2-də Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ölkə parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirirərkən deyib: "Bundestaqın erməni "soyqırımı" haqqında qəbul etdiyi qətnamə məcburi hüquqi qüvvəyə malik deyil. Əlbəttə, Almaniya Bundestaqının siyasi məsələlərə öz mövqeyini bildirmək hüququ var. Ancaq bütün qətnamələrin məcburi hüquqi qüvvəsi yoxdur".

Xəbərin orijinal ünvanı: http://report.az/region/almaniya-parlamentinin-deputatlari-i-ncrilikdeki-herbi-bazada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR