Türkiyədə ədliyyə sistemindən xaric edilmiş hakim və prokurorların sayı 3 456 nəfərə çatıb

Türkiyədə ədliyyə sistemindən xaric edilmiş hakim və prokurorların sayı 3 456 nəfərə çatıb
19:47 5 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyədə daha 66 hakim və prokuror ədliyyə sistemindən xaric edilib. 
"Report" NTV telekanalına istinadən xəbər verir ki, Hakim və Prokurorlar Ali Şurası (HSYK) bununla bağlı qərar qəbul edib. 
Onlar Fətulahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində sərəncama göndərilmişdilər. 
Qeyd edək ki, HSYK avqustun 24-də 2 847, sentyabrın 2-də isə 543 hakim və prokuroru öz peşəsindən kənarlaşdırmışdı. Bu qərardan sonra onların sayı 3 456 nəfərə çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-edliyye-sisteminden-xaric-edilmis-hakim-ve-prokurorlarin-sayi-3-456-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR