Rihanna 14 yaşındakı arzusunu həyata keçdi - FOTO

Rihanna 14 yaşındakı arzusunu həyata keçdi - FOTO
20:12 5 Oktyabr 2016
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Saçlarının rəngini və fasonunu tez-tez dəyişdirməyi sevən Rihanna pərəstişkarlarını növbəti dəfə təəccübləndirib.

Milli.Az publika.az-a istinadən bildirir ki, ulduz uzun qara saçlarına dred adlanan buruqlar atdırıb. Rihanna çoxdankı arzusunu yerinə yetirən kimi saçının yeni şəkillərini sosial şəbəkədə paylaşıb. O, paylaşdığı fotoya "14 yaşından dred etmək istəyirdim, amma anam əleyhinə idi" rəyini yazıb.

Pərəstişkarlarının əksəriyyəti Ririnin yeni saçını bəyəndiyini yazsa da, ona tənqidi fikirlər bildirənlər, başındakının parikə oxşadığını yazanlar da olub.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR