Rusiya ABŞ-la nüvə əməkdaşlığını dayandırdı

Rusiya ABŞ-la nüvə əməkdaşlığını dayandırdı
23:19 5 Oktyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə  əməkdaşlıq sazişini dayandırıb.

 

APA-nın məlumatına görə, bu barədə Rusiya hökumətinin saytında bildirilir.

 

Məlumata əsasən, buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub.

 

Reuters agentliyinin məlumatına görə, qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ  nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.

 

Qeyd edək ki, Rusiya və ABŞ arasında saziş 2013-cü ildə Vyanada imzalanıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR