“Qəbələ” UEFA-nın diqqət mərkəzində

“Qəbələ” UEFA-nın diqqət mərkəzində
00:04 6 Oktyabr 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin Topaz Premyer Liqasındakı uğurlu çıxışı növbəti dəfə UEFA-nın diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının rəsmi feysbuk və tvitter səhifələri təmsilçimizin yenilməzlik seriyasnı izləyicilərinə “Bilirsinizmi?” başlığı ilə təqdim edib.

 

Premyer Liqada keçirdiyi 7 oyunun heç birində qol buraxmayan və məğlub olmayan komandanın son matçdakı “Qarabağ” üzərində qələbəsini qeyd edib və Roman Qriqorçukun yetirmələrinin 19 qol vurub heç qol buraxmadığını xüsusi vurğulayıb.

 

Qeyd edək ki, UEFA Avropa Liqasının rəsmi tivter səhifəsi bir neçə gün əvvəl də “Qəbələ” haqqında paylaşım etmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR